İyunun 8-də Xızı şəhərində "Xızıda Cəfər Cabbarlı günü" adlı tədbir keçirildi.Tədbir Cəfər Cabbarlının Bakıdakı Ev Muzeyi və “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin " birgə taşkilatçılığı ilə həyata keçirildi. Böyük dramaturqun 120 illik yubileyi çərçivəsində keçirilən tədbirdə ziyalılar, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Xızı İctimaiyyətinin nümayəndələri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları , AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Füzuli adına Əlyazmaları İnstitutunun alimləri, müxtəlif ali məkltəb və təhsil ocaqlarının müəllim və tələbələri, muzey və kitabxana işçiləri, teatr və kino xadimləri iştirak etdilər. Proqrama uyğun olaraq əvvəl ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil olundu,C.Cabbarlı Parkında böyük dramaturqun abidəsi önünə çiçəklər qoyularaq xatirəsi anıldı.Sonra qonaqların C.Cabbarlının Xızıdakı Ev Muzeyinə ziyarəti təşkil olundu.Layihə çərçivəsində tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə , eləcə də böyük yazıçının zəngin həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular. Tədbir ədəbi-bədii proqramla muzeydə davam etdirildi.Tədbiri giriş sözü ilə Qəmər Bağırova açdı və qonaqları salamlayaraq tədbirin məramı haqqında qonaqlara məlumat verdi. Çıxışçılar, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun professoru Tahirə Məmməd, filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu, Firudin Qurbansoy, AMEA Fəlsəfə İnstitutunun professoru Əhməd Qəşəmoğlu, M.Füxzuli adına Əlyazmalar İnstitutunun professoru Tahirə Həsənzadə və başqaları öz çıxışlarında C.Cabbarlı bədii irsi ilə bağlı yeni tədqiqatlar haqqında qonaqlara maraqlı məlumatlar verdilər, böyük yazıçının 120 illiyi ilə bağlı respublikanın müxtəlif sənət və təhsil ocaqlarında təşkil olunan yubiley tədbirləri haqqında öz fikirlərini bölüşdülər. Tanınmış incəsənət xadimləri- respublikanın xalq artisti, kaman ustası Şəfiqə Eyvazova, əməkdar artist Rəşad İlyasov və müğənni Mehri Əsədullayeva sənətkarın şeirlərinə yazılan mahnıları səsləndirdilər, eləcə də gənc istedadlar dramaturqun müxtəlif janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa etdilər. Tədbirin sonunda qonaqlara yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylandı.

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120


Cəfər Cabbarlı120