Mayın 2-də Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında Cəfər Cabbarlı EV Muzeyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı şeir müsabiqəsi” keçirildi. Müsabiqədə AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri iştirak etdilər. Müsabiqədə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi şagirdlərinin ifasında Cəfər Cabbarlının “Dilbər” hekayəsi əsasında hazırlanmış səhnəcik nümayiş olundu. İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında dramaturqun şeirləri ifa olundu. Münsiflər heyətinin qərarı ilə 1-ci yerə “Dilbər” səhnəciyinə görə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri və İncəsənət Gimnaziyasının 11-ci sinif şagirdi Bəşirova Leyla, 2-ci yerə Gimnaziyanın 8-ci sinif şagirdi Abdurəhmanov Murad və 5-ci sinif şagirdi Quliyeva Filiz layiq görüldülər. 3-cü yeri isə 5-ci sinif şagirdi Əliyev Məliklə 6-cı sinif şagirdi Rəd Rəvan bölüşdürdülər. Sonda Cəfər Cabbarlı Ev Muzeyinin direkotoru Qəmər Seyfəddinqızı münsiflər heyəti adından şagirdləri təbrik etdi, müsabiqə iştiraçılarına mükafatları təqdim etdi.

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120