2019-cu il mart ayının 4-də Bakı Avropa liseyində böyük dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illyinə həsr olunmuş məktəblilər arasında poeziya müsabiqəsi və Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən sərgininin təşkili həyata keçirildi. Tədbirdə məktəbin direktoru Z.Veysova qonaqları salamladı və Cəfər Cabbarlı haqqında ürək sözlərini söylədi. Məktəbin ədəbiyyat müəllimi H. Allahverdi ədibin yubileyi ərəfəsində belə tədbirin keçirilməsi və sərginin təşkilinin şagirdlərə müsbət təsir göstərəcəyini deyərək C.Cabbarlı Ev Muzeyinin əməkdaşlarına öz təşəkkürünü bildirdi. Müsabiqədə şagirdlər Cəfər Cabbarlı və İmadətdin Nəsiminin şeirlərindən nümunələri səsləndirdilər. Şeir yarışmasında fərqlənən şagirdlər diplom və fəxri fərmanlarla mükafatlandırdılar.Cəfər Cabbarlı Ev Muzeyinin böyük elmi işçisi Gülnarə Əlibalayeva müsabiqə iştirakçılarını təbrik edərək C.Cabbarlının poeziyası haqqında məktəblilərə geniş məlumat verdi, eyni zamanda şagirdləri dramaturqun həyat və yaradıcılığı ilə yaxından tanış etdi. Sonda şagirdlərə yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylandı.Tədbirdən çəkilmiş fotolar muzeyin saytında əks olundu.

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120

Cəfər Cabbarlı120