“Əsrin faciəsi”
2019-cu il fevral ayının 25-də M.S.Ordubadinin Xatirə muzeyində C. Cabbarlı Ev Muzeyi və M.S. Ordubadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş
“Əsrin faciəsi” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə M.S.Ordubadinin Xatirə muzeyinin bələdçisi Nərminə Baxşıyeva açaraq qonaqları salamladı, soyqırım haqqında qısaca məlumat verdi. Sonra söz həmin muzeyin bələdçisi Lamiyə Balıyevaya verildi. O, Xocalı soyqırımının faciələrindən söhbət açdı. Tədbirdə 20-saylı məktəbin 2-ci sinif şagirdi Kənan Sultan Hikmət Ziyanın “ Xocalı faciəsi” və “Vətən haqqında” şeirlərini, 149-saylı məktəbin 5-ci sinif şagirdi Fikrət Əsgərov “Yaşayanlar görəcəkdir” adlı şeirlərini söylədilər. C.Cabbarlı EV Muzeyinin böyük elmi işçisi Gülnarə Əlibalayeva Xocalı soyqırımının dünyada ən dəhşətli faciələrdən biri olduğunu söyləyərək bu faciənin törətdiyi fəsadlardan danışdı. Tədbirdə Azərbaycan Dövlət Tarix Muzeyinin “Xarici Əlaqələr və Elmi Kütləvi iş” şöbəsinin əməkdaşları Nüşabə Əsədova və İnarə İsmayılova Xocalı soyqırımının faciəsi haqqında düşüncələrini bölüşdülər. Sonda M.S.Ordubadinin Xatirə muzeyinin direktoru Lalə Abbaszadə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

"Əsrin Faciəsi"

"Əsrin Faciəsi"

"Əsrin Faciəsi"