Gülara Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurmuş, 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlamışdır.
Gülara Cabbarlı 1979-cu ildən 2012-ci ilə qədər C. Cabbarlının Ev Muzeyinə rəhbərlik etmiş, prezident təqaüdünə layiq görülmüşdür. 2001-ci ildən Gülara xanım eyni zamanda “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nə rəhbərlik etmiş, “Cəfər Cabbarlı Mükafatı” komissiyasınn sədri olmuşdur.
Gülara Cəfər qızı Cabbarlı 2018-ci il fevral ayının 12-də ürək xəstəliyindən vəfat etmişdir.
2019-cu il fevral ayının 12-də Cəfər Cabbarlının Ev Muzeyində Gülara Cabbarlının anım günü qeyd olunmuş, muzey əməkdaşları və tədbir iştirakçıları mərhumun məzarını ziyarət etmişlər.
Allah rəhmət eləsin!

Gülara xanım Cabbarlının anım günü

Gülara xanım Cabbarlının anım günü

Gülara xanım Cabbarlının anım günü