Heydər Əliyevin anım günü


Heydər Əliyevin anım günü


Heydər Əliyevin anım günü



2018 ci il dekabr ayının 12-də Cəfər Cabbarlının Ev Muzeyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilmiş, sərgi hazırlanmışdır.

Muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərindən, gördüyü nəhəng işlərdən danışmış, Heydər Əliyevin Cəfər Cabbarlı ədəbi irsinə olan diqqət və qayğısı haqqında məlumat vermişdir.

Tədbirdən sonra muzey əməkdaşları ulu öndərin fəxri xiyabandakı qəbrini ziyarət etmiş, məzarı üzərinə gül dəstələri qoymuşlar. Ümummilli liderin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.

Allah rəhmət etsin!