Mikayıl Müşfiq 110

Mikayıl Müşfiq 110

Mikayıl Müşfiq 110

Mikayıl Müşfiq 110

Mikayıl Müşfiq 110

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və C.Cabbarlı Ev Muzeyinin yaxından iştirakı ilə sentyabrın 28-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan çağdaş ədəbiyyatının görkəmli nümayəndəsi, milli poeziyamızın parlaq ulduzlarından olan Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirdə ziyalılar,tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, muzey və kitabxana işçiləri, məktəblilər iştirak etmişlər.
Tədbirdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev qonaqları salamlayaraq tədbir haqqında məlumatı qonaqların diqqətinə çatdırdı. Çıxışçılar C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyeva, əməkdar jurnalist Qafar Əsgərzadə, şair Qardaşxan Əzizxanlı M.Müşfiq poeziyasının zənginliyindən, şairin lirikasından, onun yaradıcılığında mühüm yer tutan milli azadlıq mövzusunun əhəmiyyətindən danışdılar. Respublikanın əməkdar artistləri Hüsniyyə Mürvətova və Əli Nurun ifasında Müşfiqin sevilən şeirləri səsləndirildi. Tədbirdə iştirak edən Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri və Nizami rayonu “Uşaq və Gənclər İnkişaf Mərkəzi “Gənc aktyorlar” dərnəyinın üzvləri sənətkarın müxtəlif mövzulu şeir nümunələrini ifa etdilər. Tədbirin gedişində M.Müşfiqin həyatından bəhs edən film rolik və şairin şeirlərinə yazılmış musiqilər nümayiş etdirildi.