C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

C.Cabbarlı Mükafatı 2018

Mayın 21-də R.Behbudov adına Dövlət Mahnı Teatrında “C.Cabbarlı Mükafatı”nın növbəti təqdimatı keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliiyinə həsr olunan tədbirdə tanınmış ədəbiyyat, elm və incəsənət xadimləri iştirak etmişlər.
“Cəfər Cabbarlı Mükafatı” ilk dəfə C.Cabbarlı Ev Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və “BP” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunmuşdur. Mükafat Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilmişdir. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq sonrakı illərdə Mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilmiş, ədəbiyyat, teatr və kino, jurnalistika,ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri bu Mükafata layiq görülmüşlər.
C.Cabbarlı Mükafatı Komissiyasının 25 aprel 2018-ci il tarixli qərarına əsasən “C.Cabbarlı Mükafatı”na layiq görülmüşlər:
1. Ədəbiyyatşünaslıq nominasiyası üzrə- Qəzənfər Məhəmməd oğlu Paşayev filologiya üzrə elmlər doktoru, professor)
2. Teatr və kino nominasiyası üzrə - Şəfiqə Haşım qızı Məmmədova ( Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti)
3. Jurnalistika nominasiyası üzrə - İradə Məmməd Araz qızı Tuncay (“Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist)
4. Teatr nominasiyası üzrə - Hafiz Məhərrəm oğlu Quliyev (Azərbaycan Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi)
Mərasimi giriş sözü ilə C.Cabbarlı Ev Muzeyinin direktoru Q.Seyfəddinqızı açaraq Mükafat haqqında məlumat verdi, tədbiri açıq elan etdi. Filologiya erlmləri doktoru A.Rüstəmli C.Cabbarlının Xalq Cümhuriyyəti dövründəki yaradıcılığından danışdı,dramaturqun müxtəlif ədəbi janrlarda yaratdığı bədii nümunələr haqqında ətraflı məlumat verdi. Tədbirdə resp. Xalq artisti M.Əyubova, müğənnilər R.İlyasov, M.Əsədulla,İlahə Əfəndiyeva ədibin sözlərinə yazılmış mahnılkarı ifa etdilər. Bakı Bələdiyyə Teatrının aktyorları,əməkdar artist H.Mürvətova, Zülfiyyə Qurbanova və Tural Əhmədin ifasında ədibin lirik şeirləri ifa olundu. Qonaqlara Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin iştirakı ilə C.Cabbarlının Azərbaycan-Ermənistan Dağlıq Qarabağ mövzusuna həsr olunmuş “1905-ci ildə” əsərindən tamaşa təqdim olundu.
C.Cabbarlı ədəbi irsinin təbliğindəki fəal iştiraklarına görə Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist H.Mürvətova, müğənni R.İlyasov, İncəsənət Gimnaziyasının müəllimləri M.Qurbanov, H.Sadıqzadə “Xüsusi Diplom”la mükafatlanmışlar.