Sevdiyim Bayraq

Sevdiyim Bayraq

Sevdiyim Bayraq


C.Cabbarlının 1919-cu ildə qələmə aldığı Azərbaycan Bayrağına həsr etdiyi "Sevdiyim" şeirinə mahnı bəstələnib. Mahnının müəllifi və ifaçısı respublikanın əməkdar artisti Tünzalə Ağayevadır. Mayın 11-də Nizamı adına kino-teatrda Ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə "Sevdiyim" mahnısının və klipinin təqdimatı keçirilib. Asan xidmət könüllülərinin yaxından iştirakı ilə çəkilən klipdə Azərbaycan bayrağının keçdiyi çətin və şərəfli tarixı yol öz əksini tapıb.Tədbirdə C.Cabbarlı Ev Muzeyinin əməkdaşları iştirak ediblər.