Heydər Əliyev-95


Heydər Əliyev-95


2018 ci il may ayının 10-da saat 12.00-da Cəfər Cabbarlının Ev Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il ildönümü münasibəti ilə dəyirmi masa keçirilmişdir.Tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə böyük şəxsiyyət H.Əliyevin mədəniyyət və incəsənət sahəsindəki nəhəng işlərini əks etdirən sərgi nümayiş etdirilmişdir. Onun Azərbaycan xalqı üçün qoyub getdiyi dərin irsdən bəhs edən məruzələr oxunmuşdur. Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Bağırova bu dahi şəxsiyyətin muzeylərin açılışında və fəaliyyətindəki böyük rolundan danışmışdır.