CƏFƏR CABBARLI MÜKAFATININ YENİ LAUREATLARI

CƏFƏR CABBARLI MÜKAFATININ YENİ LAUREATLARI

CƏFƏR CABBARLI MÜKAFATININ YENİ LAUREATLARI

CƏFƏR CABBARLI MÜKAFATININ YENİ LAUREATLARI


Cəfər Cabbarli Mükafati Komissiyasının 25 aprel 2018-ci ildə növbəti iclası keçirilmişdir. İclasda Mukafat Komissiyasının sədri, C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, komissiya üzvlərindən Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, professorlardan Asif Rüstəmli, Rəhim Əliyev, tərcüməçi-jurnalist Bəhlul Abbasov və b. iştirak etmişlər.
İclasda komissiya üzvləri müxtəlif təşkilat və birliklərdən daxil olan təqdimatları nəzərdən keçirərək elm, mədəniyyət və incəsənət sahəsində tanınmış namizədlər haqqında fikir və təkliflərini bildirmişlər. Ciddi və işgüzar müzakirələrdən sonra Cəfər Cabbarlı Mükafatına layiq görülən laureatlar müəyyənləşdirilmişdir.
2018-ci ilin C.Cabarlı Mükafatına aşağıdakı görkəmli elm, mədəniyyət və incəsənət xadimləri layiq görülmüşlər:
1. Ədəbiyyatçünaslıq nominasiyası üzrə - Qəzənfər Məhəmməd oğlu Paşayev (Filologiya üzrə elmlər doktoru, professor). Azərbaycan ədəbiyyatşünaslığı sahəsindakı xidmətlərinə görə.
2. Teatr və kino nominasiyası üzrə - Şəfiqə Haşım qızı Məmmədova (Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrı, xalq artisti). “Aydın” tamaşasında canlandırdığı unudulmaz Gültəkin obrazına görə.
3. Jurnalistika nominasiyası üzrə - İradə Məmməd Araz qızı Tuncay (“Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist). C.Cabbarlıya həsr etdiyi “Bir içim insan” televiziya filminə görə.
4. Teatr nominasiyası üzrə – Hafiz Məhərrəm oğlu Quliyev (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi). ”Sevil” operasının uğurlu rejissor işinə görə.
C.Cabbarlı mükafatının təqdimat mərasimi 2018-ci il 21 may tarixində R.Behbudov adına Mahnı Teatrında keçiriləcəkdir.
Laureatları təbrik edirik!
CƏFƏR CABBARLI MÜKAFATI KOMİSSİYASI
Bakı, 25.04.2018