“1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü”nə həsr olunan poeziya müsabiqəsi keçirilmişdir

İyunun 2-də Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 2 saylı tam orta məktəbində Cəfər Cabbarlı Ev Muzeyinin “C.Cabbarlı adına mədəniyyət,elm və təhsilin inkişafına yardım” İctimai Birliyi” ilə birgə layihəsi çərçivəsində “Cəfər Cabbarlı Poeziya Müsabiqəsi” keçirilmişdir. “1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü”nə həsr olunan poeziya müsabiqəsində Xocalı şəhər 2 saylı, Şuşa şəhər 6 və 9 saylı tam orta məktrəblərində, eləcə də Xocalı şəhər 2 saylı uşaq musiqi məktəbində təhsil alan qaçqın və məcburi köçkün şagirdlər iştirak etmişlər. C.Cabbarlı Ev Muzeyininadına 2015-ci ildə həyata keçirdiyi layihəsində ilk dəfə olaraq məktəblilər arasında “C.Cabbarlı şeir müsabiqəsi” keçirilmişdi. Müsabiqənin uğurlu nəticələri nəzərə alınaraq sonrakı illərdə, yəni 2016-cı ildə və bu il, 2017-cı ildə müsabiqə davamlı olaraq daha geniş formada qaçqın və məcburi köçkün məktəblərin yerləşdiyi təhsil ocaqlarında, köçkün məktəblilər arasında təşkil olundu. Müsabiqənin keçirilməsinin əsas məqsədini milli ədəbiyyatımızı, klassik və müasir ədəbi irsimizi şagirdlər arasında daha yaxından təbliğ etmək, gənc nəslin kitablara maraq və sevgisini artırımaq, bədii qiraət və oxu vərdişlərini inkişaf etdirmək, azərbaycan dilinin təmizliyinə diqqətin artırılmasıdır. Eyni zamanda məktəblilərdə, gənclərdə milli-mənəvi dəyərlərimizə diqqət və sevgi hisslərinin gücləndirilməsi, gənc nəslin mədəni tədbirlərdə daha yaxından və fəal iştirakının təmin edilməsidir. Müsabiqənin köçkün məktəblərində keçirilməsi heç də təsadüfi deyil. Məqsəd, işğal olunmuş doğma el-obalarını belə görməyən, qaçqın və məcburi köçkün ailələrində dünyaya gəlmiş, ailə üzvləri arasında şəhid olmuş, itkin düşmüş şəxslər, müharibə əlilləri olan məktəblilərə mənəvi dəstək olmaq, onları yaşadıqları psixoloji durumdan çıxararaq xoş ovqat bəxş etməkdir. Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının şeirləri əsasında təşkil olunmuş poeziya müsabiqəsi qaçqın və köçkün uşaqlara mənəvi dəstək olmaqla yanaşı onlarda kitablara sevgi və marağın artmasında, bədii qiraət vərdişlərinin inkişafı və bu sahədə istedadlarının müəyyən edilməsində, onların mədəni-kütləvi tədbirlərdə iştirakında böyük rol oynayacaq, eyni zamanda aktual məsələlərdən olan azərbaycan dilinin təmizliyinin inkişafı və qorunmasına kömək edəcəkdir.
“Cəfər Cabbarlı Poeziya Müsabiqəsi”ndə Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 2 saylı tam orta məktəbin, Şuşa şəhər 6 saylı tam orta məktəbin, Xocalı şəhər 2 saylı uşaq musiqi məktəbinin və Binəqədi rayonu Fatmayi bağlarında yerləşən Şuşa şəhər 9 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
İştirakçıların çıxışlarından sonra münsiflər heyətinin qərarı ilə
1-ci yerə Xocalı şəhər 2 saylı tam orta məktəbin IX sinif şagirdi Hicran Xudiyeva və Şuşa şəhər 9 saylı tam orta məktəbin III s. şagirdi Ayişə Muradlı, 2-ci yerə Şuşa şəhər 6 saylı tam orta məktəbin X s. şagirdi Gülgəz Hacıyeva və Şuşa şəhər 9 saylı tam orta məktəbin IV s. şagirdi Əkbər Məmmədov, 3-cü yerə isə Xocalı ş. 2 saylı tam orta məktəbin V s. şagirdi Zəhra Mustafayeva, Şuşa şəhər 9 saylı tam orta məktəbin VIII s. şagirdi Nailə Babayeva və həmin məktəbin I s. şagirdi Murad Qənbərzadə layiq görülərək “FƏXRİ FƏRMAN” larla mükafatlandırıldılar.