Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017
Cəfər Cabbarlı Mükafatı 20.05.2017

“Cəfər Cabbarlı Mükafatı”nın ilk təqdimatı C.Cabbarlı Ev Muzeyinin layihəsi əsasında 2001-ci ildə Akademik Milli Dram Teatrında (AMDT) keçirilmişdi. Mükafat böyük yazıçının 100 illiyi münasibəti ilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü ,tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilmişdir. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq sonrakı illərdə Mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşddirilmiş, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri bu Mükafata layiq görülmüşlər. “C.Cabbarlı Mükafatı”nın 2017-ci il təqdimatı mayın 20-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həyata keçirildi. Mərasimdə ziyalılar, alimlər, mədəniyyət və incəsənət xadimləri, məktəblilər və tələbələr, mətbuat işçiləri, xarici qonaqlar iştirak etdilər. Təqdimatdan öncə tamaşaçılara xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri Azər Paşa Nemətovun quruluşunda Cəfər Cabbarlının yeni versiyada səhnələşdirilmiş “Almaz” tamaşası təqdim olundu.Tamaşadan sonra Mükafatların təqdimatı baş tutdu. C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddin qızı Bağırova çıxış edərək tədbir iştirakçılarını salamladı, tədbirin məramı və C.Cabbarlı Mükafatı haqqında məlumatları diqqətə çatdırdı. C.Cabbarlı Mükafatı Komissiyasının qərarı ilə müəyyənləşən laureatların adları elan olundu. Jurnalistika nominasiyasında Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə əməkdar jurnalist Flora Xəlilzadəyə və yazıçı-publisist Rafiq Hacıyevə,ədəbiyyatşünaslıq nominasiyasında Azərbaycan klassik ədəbi irsinin qorunması və təbliğindəki xidmətlərinə görə şərqşünas alim Cümşüd Muradova, teatr nominasiyası üzrə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru Nazir Rüstəmova, kino nominasiyası üzrə Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist Mirzə Ağabəyliyə “C.Cabbarlı Mükafatı” təqdim olundu.”Ən yaxşı teatr tamaşası” nominasiyasında mükafata Cəfər Cabbarlının Akademik Milli Dram Teatrında tamaşaya qoyulan “Almaz” tamaşası layiq görüldü.Əsərin quruluşçu rejissoru və tamaşada müxtəlif obrazları canlandıran bir qrup aktyor mükafata sahib oldular. C.Cabbarlının “Almaz” tamaşasındakı uğurlu ifasına görə baş rolun ifaçısı, əməkdar artist Məsmə Ağaverdiyeva, xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, əməkdar artistlər Kazım Abdullayev və Ayşad Məmmədov Mükafata sahib oldular.”Almaz” əsərinin yeni səhnə versiyasının uğurlu tərtibatına görə yazıçı-dramaturq Əli Əmirliyə və”Almaz” tamaşasındakı uğurlu fəaliyyətinə görə teatrın bədii quruluş hissə müdiri İlham Əsgərova “C.Cabbarlı Mükafatı” təqdim olundu.