Xızıda Cəfər Cabbarlı günü
Xızıda Cəfər Cabbarlı günü
Xızıda Cəfər Cabbarlı günü
Xızıda Cəfər Cabbarlı günü
Xızıda Cəfər Cabbarlı günü
Xızıda Cəfər Cabbarlı günü


İyulun 10-da Xızı şəhərində C.Cabbarlı Ev Muzeyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış teatr və kino xadimi C.Cabbarlının xatirəsinə həsr olunmuş “Xızıda Cəfər Cabbarlı günü” adlı tədbir keçirilmişdir. Tədbirdə Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları , “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi”nın üzvləri, AMEA Ədəbiyyat İnstitutunun alimləri, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin müəllimləri, Xızı şəhər mədənbiyyət şöbəsinin, Xızı Heydər Əliyev Mərkəzinin əməkdaşları,eləcə də mədəniyyət və incəsənət xadimləri, məktəblilər, mətbuat işçiləri iştirak etdilər. Proqrama uyğun olaraq ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil olundu, dramaturqun doğulduğu ,indi Ev Muzeyi kimi fəaliyyət göstərən C.Cabbarlının Xızıdakı Ev Muzeyində tədbir bədii proqramla davam etdi.Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış oldular, eləcə də böyük dramaturqun həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular.Tədbirdə C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək tədbirlə bağlı qonaqlara məlumat verdi, Azərbaycanın zəngin mədəniyyətinin qorunması,milli-mənəvi dəyərlərimizin xalqımıza, gənc nəslə geniş təbliğində belə tədbirlərin böyük əhəmiyyətinin olmasını diqqətə çatdırdı. Filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbansoy yazıçının ədəbi irsinin zənginliyindən, onun mədəniyyət sahəsində gördüyü əvəzsiz xidmətlərindən danışdı. Məktəblilər arasında keçirilən ” C.Cabbarlı Poeziya Müsabiqəsi”nin qalibləri Zeynalabdin Bağırzadə və Murad Həsənxanlı ədibin şeirlərini ifa etdilər. Şuşa Dövlət Dram Teatrının aktyoru, 2017-ci il C.Cabbarlı Mükafatı laureatı Nazir Rüstəmovun ifasında C.Cabbarlının “Oqtay Eloğlu” əsərindən parçalar ifa olundu. Tədbirin sonunda qonaqlar böyük dramaturqun Xızıdakı abidəsi önündə xatirə şəkilləri çəkdirdilər.