Azərbaycan Dillər Universitetində C.Cabbarlının həyat və yaradıcılığını əks etdırən səyyar sərgi təşkil olunmuşdur

Aprelin 20-də Azərbaycan Dillər Universitetində Cəfər Cabbarlı Ev Muzeyinin təşkil etdiyi səyyar sərgi nümayiş olunmuşdur. Sərgi görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının həyatının və ədəbi fəaliyyətinin müxtəlif dövrlərini, həmçinin ədibin incəsənətin müxtəlif sahələrindəki fəaliyyətini əks etdirməklə zəngin foto-arxiv və muzey materiallarını özündə əks etdirir.
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, çağdaş dramaturgiyamızın yaradıcısı C.Cabbarlının ədəbi irsi zəngin və çoxşaxəli olduğuna görə səyyar sərgidə dramaturqun müxtəlif dövrləri əhatə edən həm şəxsi həyatı,həm də ədəbi fəaliyyəti əksini tapmışdır.Sərginin maraqlı materialları arasında Cabbarlının uşaqlıq və ilk təhsil illəri, ədəbi yaradıcılığının müxtəlif dövrləri, incəsənətin digər vacib sahələrindəki ( teatr, kino, jurnalistika, tərcümə və s.) fəaliyyəti, həmçinin böyük yazıçının ictimai-siyasi xadim kimi gördüyü işlər diqqətə çatdırılmışdır.Eyni zamanda dramaturqun ədəbiyyatın müxtəlif janrlarında yazıb-yaratdığı ədəbi nümunələr, Azərbaycan səhnəsində tamaşaya qoyulmuş ölməz dram əsərləri haqqında məlumat və foto şəkillər sərgidə geniş yer almışdır. Ədibin incəsənətin vacib sahələrindən olan kinodakı fəaliyyəti, burada çalışdığı dovrlər ərzində istehsal olunan kino-filmlər (“Sona”,”Sevil”, “Almas” ) və kino sənətinə cəlb etdiyi milli kadrlar haqqında da maraqlı məlumatlar verilmişdir. Əsas bölmələrdən biri isə C.Cabbarlının ictimai-siyasi fəaliyyətinə, bir istiqlalçı kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə ( 1918-1920) yaratdığı ədəbi nümunələrə həsr olunmuşdur.Həmin nümunələr arasında yazıçının türkçülük , azərbaycançılıq ideyalarını tərənnüm edən Azərbaycan bayrağına həsr etdiyi “Azərbaycan bayrağına”, “Sevdiyim”, “Ölkəm” şeirləri, Bakıda ermənilərin törətdikləri soyqırıma həsr olunmuş “Bakı müharibəsi” dramı haqqında maraqlı məlumatlar yer almışdır.
Sərgi materialları Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetlnin müəllim və tələbələri arasında böyük marağa səbəb olmuşdur.Sərgidə Azərbaycan Dillər Universitetinin rektoru Əgqan Abdullayev, İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan bəy Fanani iştirak etmişlər. Qonaqlara muzeyin layihəsi əsasında işıq üzü görən “Cəfər Cabbarlının tərcümələri” adlı kitab hədiyyə olunmuşdur. Sərgini izləyən tələbələrə, xarici qonaqlara bukletlər və “Yazıçı və vətəndaş. C.Cabbarlının həyat və yaradıcılığının bir sıra mühüm məqamları” adlı broşurlar paylanmışdır.
C.Cabbarlının Ev Muzeyi sərginin təşkilində göstərdiyi köməyə və yaratdığı imkana görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirir.