“Azərbaycan Xalçası Günü”


Hər xalqın mədəniyyət tarixində elə bir sənət sahəsi vardır ki, orada onun zəngin mənəvi aləmi əks olunmuş, xarakteri, intelekti, dünya görüşü, estetikası və həyat fəlsəfəsinə xas olan köklü xüsusiyyətlər təcəssümünü tapmışdır.

Azərbaycan xalqı üçün belə sənət xalçaçılıqdır. Azərbaycan xalça sənəti xalqın milli məədəniyyəti tariixində özünəməxsus yer tutur.

Noyabrın 19-da Azərbaycan Dövlət Xalça Muzeyində “Azərbaycan Xalçası Günü” çərçivəsində “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyindən” adlı kataloqun təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə xalq rəssamı Lətif Kərimovbun 108 illiyinə həsr olunmuş sərgi və “Zirvələrin nəğməsi” xalçasının təqdimatı, həmçinin “Canlı ənənə” adlı Quba və Gəncə xalçalarının yarmarkası təşkil olunmuşdur.

Maraqla keçən tədbirdə Cəfər Cabbarlı Ev Muzeyinin əməkdaşları iştirak etmişlər.


“Azərbaycan Xalçası Günü”


“Azərbaycan Xalçası Günü”


“Azərbaycan Xalçası Günü”


“Azərbaycan Xalçası Günü”


“Azərbaycan Xalçası Günü”


“Azərbaycan Xalçası Günü”


“Azərbaycan Xalçası Günü”