C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)

Böyük satirik, ədib, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisist, jurnalist, ictimai xadim, məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri olan Cəlil Məmmədquluzadə unudulmaz və ölməz mənəvi sərvətlərimizdən biridir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 27 iyun tarixində C.Məmmədquluzadənin ev-muzeyində C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, ev-muzeyinin direktoru Pərixan Mahmudova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse - prezidenti, “Şöhrət” ordenli, əməkdar elm xadimi İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Alxan Məmmədov, Azərbaycan Rəssamlar Birliyinin rəyasət heyətinin üzvü, xalq rəssamı, professor Arif Hüseynov, Filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Vahabova, Nizami rayonu Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, Ə.Əzimzadə, N.Nərimanov, C.Cabbarlı, M.S.Ordubadi ev-muzeylərinin direktor və əməkdaşları həmçinin,Din tarixi muzeyinin əməkdaşları iştirak edirdi.

Tədbiri ev-muzeyinin direktoru Pərixanım Mahmudova giriş sözü ilə açaraq, qonaqları salamladı və C.Məmmədquluzadə yaradıcılığı haqqında öz düşüncələrini tədbir iştirakçıları ilə paylaşdı. Sonra söz əməkdar elm xadimi İsa Həbibbəyliyə verildi. İsa Həbibbəyli - “Böyük yazıçı-Cəlil Məmmədquluzadə haqqında söz” adlı məruzə ilə çıxış etdi, böyük mütəfəkkirin həyatının müxtəlif illərində yazdığı “Ölülər”, “Anamın kitabı” kimi orijinal və unudulmaz əsərləri haqqında məlumat verdi. Çıxışının sonunda isə C.Məmmədquluzadənin ev-muzeyinə özünün “Ədəbi-tarixi yaddaş və müasirlik” adlı kitabını hədiyyə etdi.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və “Molla Nəsrəddin” adı ilə məşhur oldu. Elə həmin dövrdə onun Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi işıq üzü görür və müəyyən fasilələrlə nəşr olunan jurnal 1931-ci ilə qədər müxtəlif yerlərdə dərc olunur. “Molla Nəsrəddin” jurnalının başında C.Məmmədquluzadə kimi açıq fikirli bir ziyalının durması Azərbaycan xalqının mütərəqqi qüvvələrinin, demokratik düşüncəli insanların bir araya gəlməsinə səbəb olmuşdur.

“Molla Nəsrəddin” in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı.

Daha sonra, professor Alxan Məmmədov - “Molla Nəsrəddin jurnalı və mollanəsrəddinçilər” adlı məruzə ilə çıxış elədi. Tədbir Filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Vahabova tərəfindən - “Cəlil Məmmədquluzadə nəsrinin sənətkarlıq xüsusiyyətləri” adlı məruzə ilə davam etdirildi. Xalq rəssamı Arif Hüseynov da öz növbəsində qrafik rəssamlıqla, C.Məmmədquluzadənin redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı ilə bağlı dəyərli fikirlərini qonaqların diqqətinə çatdırdı.

Tədbirdə eyni zamanda, Nizami rayonu Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri - Murad Həsənxanlı, Gülzar Məmmədova, Ülkər Abbaslı da iştirak edərək, Cəlil Məmmədquluzadənin hekayələri əsasında hazırlanmış səhnəcikləri təqdim elədilər.

Sonra isə tədbir “C.Məmmədquluzadə - Molla Nəsrəddin” başlıqlı sərgiyə nümayişlə davam etdirildi.

C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)


C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)


C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)


C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)


C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)


C.Məmmədquluzadənin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)