“Gənclər narkomaniyaya qarşı” adlı tədbir keçiriləcək

2014-cü il iyunun 19-da saat 12:00-da Nəriman Nərimanovun xatirə muzeyində Cəfər Cabbarlının ev muzeyi ilə birgə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində “Gənclər narkomaniyaya qarşı” adlı tədbir keçiriləcək.

Tədbirdə narkomaniya aludəçiliyinin hansı fəlakətlər törətdiyi barədə geniş söz açılacaq.

Tədbirdə Bakı şəhər Səbail rayonu polis idarəsinin və 7 №-li MİS-in səlahiyyətli nümayəndələri iştirak edəcəklər.

Arzu edənləri tədbirə dəvət edirik.