“Bakı:qeyri-adi foto” adlı foto-müsabiqənin yekun nəticələrinin açıqlanma mərasimi keçirildi (Fotosessiya)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə iyunun 13-də Müasir İncəsənət Mərkəzində “15 iyun – Qurtuluş Günü”nə həsr olunmuş “Bakı:qeyri-adi foto” adlı foto-müsabiqənin yekun nəticələrinin açıqlanma mərasimi keçirildi.

Tədbiri Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu açaraq, müsabiqə haqqında qonaqları məlumatlandırdı, daha sonra isə sözü Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevə verdi. Tədbirdə həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova da çıxış etdi. Daha sonra müsabiqə qaliblərinin təltifolunma mərasimi keçirildi.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 41 nəfər iştirakçının fotolarına baxılıb. Münsiflər heyəti bütün texniki şərtlərə, müəyyən edilmiş parametrlərə və mövzuya uyğun olan 20 nəfər iştirakçının 50 fotosunu seçmişdi. Qaliblər isə aşağıdakı qaydada təltif edildi:

I yer – İbadov Vüqar - Fəxri Fərman və 500 AZN mükafat

II yer – Həşimov Cavid - Fəxri Fərman və 350 AZN mükafat

III yer – Kəngərli İlkin - Fəxri Fərman və 200 AZN mükafat

Asəfov Elşad, Məmmədov Ruslan, Cəfərov Etibar, Talıbov Araz, Cavadova Nadejda isə həvəsləndirici mükafatlar aldı.

Onu da nəzərinizə çatdıraq ki, müsabiqədə seçilmiş 50 fotodan ibarət kataloq hazırlanıb və ilin sonunadək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə qaliblərin işlərindən ibarət səyyar foto-sərgilər təşkil olunacaq.