Bakı şəhər mədəniyyət işçilərinin növbəti II  Spartakiadası başladı


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin Spartakiadası başlamışdır.

İdmanın ayrı-ayrı növləri arasında keçirilən yarışlarda Cəfər Cabbarlı Ev Muzeyinin əməkdaşları da iştirak edirlər.

Oktyabrın 26-da Yasamal rayonu ilə Xətai rayonu mədəniyyət müəssisələri işçilərinin kişilər arasında keçirilən mini futbol yarışmasında C. Cabbarlı EV Muzeyinin əməkdaşları da yarışaraq öz qüvvələrini sınamışlar.

Cəfər Cabbarlının Ev Muzeyi Spartakiadanın təşkilatçılarına minnətdarlığını bildirir,yarış iştirakçılarına uğurlar arzu edir.



Bakı şəhər mədəniyyət işçilərinin növbəti II  Spartakiadası başladı

Bakı şəhər mədəniyyət işçilərinin növbəti II  Spartakiadası başladı