“Arşın mal alan”- 100



Oktyabrın 25-də Üzeyir Hacıbəyovun Ev Muzeyində Azərbaycanın görkəmli bəstəkarı Ü. Hacıbəyovun “Arşın mal aln” operettasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan milli musiqi sənətinin inkişafında və tanınmasında böyük rol oynayan “ Arşın mal alan” operettası ilk dəfə 1813-cü il oktyabrın 25-də tamaşaya qoyulmuşdur. Bu əsər bir sıra ölkələrdə böyük uğurla səhnələşdirilmiş, böyük şöhrət qazanmışdır. Bu dəfə isə 100 yaşı ərəfəsində uzaq Amerikada tamaşaya qoyularaq izləyicilərin böyük maraq və diqqətinə səbəb olmuşdur.

Tədbirdə “Arşın mal alan” operettasının tarixi ilə bağlı çıxışlar edilmiş, incəsənət ustalarının ifasında “Arşın mal alan” operettasından bəzi parçalar təqdim olunmuşdur.

Tədbirdə Cəəfər Cabbarlı Ev Muzeyinin əməkdaşları iştirak etmişlər.