Xalq yazıçısı Anar- 75


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Azərbaycan Milli Akademik Dram Teatrında xalq yazıçısı Anarın 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

Tədbir iştirakçılarına yazıçı haqqında çəkilmiş film təqdim olunmuş, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin Anar haqqında ürək sözləri dinlənilmişdir.
Habelə tamaşaçılar Anarın bəzi əsərlərindən parçalara tamaşa etmişlər.

Tədbirin sonunda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmiş, kitabsevərlərin suallarına ətraflı cavablar vermişdir.

Cəfər Cabbarlı Ev Muzeyinin əməkdaşları tədbirdə iştirak etmişlər.