Mədəniyyət və Turizm Nazirliyinin mükafatları təqdim edildi (Fotosessiya)

İyunun 14-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət İşçisi” və “Fəxri Turizm İşçisi” döş nişanlarının təqdim edilməsi mərasimi keçirilmişdir.

Mükafat Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin xüsusi qərarı ilə təsis edilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyə məxsus belə bir mükafatın ilk dəfə təsis edildiyini vurğulamışdır. Nazir mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində çoxlu sayda mükafatların mövcud olduğunu söyləyərək bildirmişdir ki, turizm sahəsində belə bir mükafat ilk dəfədir verilir.

Ə.Qarayev mükafatın nazirliyin, mədəniyyət mərkəzlərinin, kitabxanaların, muzeylərin, klubların, parkların, idarələrin əməkdaşlarına təqdim ediləcəyini vurğulamışdır. Turizm və mədəniyyətimizin inkişafında yalnız yaradıcı insanların deyil, bunu təşkil edənlərin də fəaliyyətinin mühüm rol oynadığı və bu insanlara qiymət verilməsinin təbii hal olduğu bildirilmişdir.

Sonra mükafatlar sahiblərinə təqdim edilmişdir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, həmçinin nazirliyin, Bakıda və bir çox rayonlarda fəaliyyət göstərən mədəniyyət və turizm şöbələrinin, kitabxanaların, musiqi məktəblərinin və digər mədəniyyət müəssisələrinin əməkdaşları olmaqla, ümumilikdə, 22 nəfər mükafata layiq görülmüşdür.

Nazirlik tərəfindən təltif olunan 22 nəfərin 5 nəfəri məhz Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan müəssisələrdə çalışanlardır. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəni-kütləvi işlər, mədəniyyət evi, kitabxanalar və muzey işi sektorunun məsləhətçisi Səbinə Məmmədova, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərova, Nizami adına Mədəniyyət və İstirahət Parkının direktoru Alfred Quliyev, Ə.Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin direktoru Validə İsgəndərova, Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin direktoru Sevda Məmmədova “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunanlar sırasında idi. Bu fəxri mükafat bir daha təsdiq edir ki, zəhmət çəkən, işinə qayğı, diqqət və məsuliyyətlə yanaşan hər bir kəs öz layiqli qiymətini alır.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Ə.Əliyev şəbəkəyə daxil olan bütün mədəniyyət işçiləri adından mükafata layiq görülmüş əməkdaşlarımızı təbrik edərək mükafatın təsisinə görə, Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürünü bildirmiş, cənab nazir tərəfindən şəxsən təqdim olunan “Fəxri mədəniyyət işçisi” və “Fəxri turizm işçisi” döş nişanının mədəniyyət işçiləri üçün önəmli bir stimul olacağını xüsusi vurğulamışdır.

Sonda bir daha mükafat alanları səmimi qəlbdən təbrik edir, onlara gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq və inanırıq ki, əməkdaşlarımız gələcəkdə bundan böyük uğurlara imza atacaqlar.