“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

Aprelin 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Cəfər Cabbarlı Ev Muzeyi, “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin birgə layihəsi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Teatrının 140 illiyi münasibəti ilə “Cəfər Cabbarlı Mükafatı”nın təqdimatı keçirildi.

Gecədə tanınmış teatr və kino xadimləri, elm və mədəniyyət işçiləri, mətbuat nümayəndələri iştirak etdilər.

Çıxışçılar- Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı qonaqları salamlayaraq tədbirin məramını açıqladı, “Cəfər Cabbarlı Mükafatı” haqqında tədbir iştirakçılarına məlumat verdi. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli böyük dramaturq, Azərbaycan mədəniyyətinin ölməz şəxsiyyətlərindən olan Cəfər Cabbarlının həyat və yaradıcılığı, yazıçının Türkiyədə yeni nəşr olunan kitabı haqqında danışdı.

Resp. xalq artisti, “Cəfər Cabbarlı Mükafatı” laureatı Məleykə Əsədova Cabbarlının “Aydın” tamaşasından, əsərdə yaratdığı Gültəkin obrazından söz açdı.
Gecənin aparıcıları, resp.əməkdar artisti Məsmə Ağaverdiyeva və Elnar Qarayev 2013-cü ilin “Cəfər Cabbarlı Mükafatı” sahiblərini açıqladılar.

Mükafatları Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov və C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı təqdim etdilər.

2013-cü ilin “Cəfər Cabbarlı Mükafatı”na layiq görülmüşlər:

1.Azərpaşa Nemətov- rejissor,respub. xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə

2.Mərahim fərzəlibəyov- rejissor, resp. xalq artisti

Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə

3.Məhərəm Bədirzadə- rejissor, əməkdar incəsənət xadimi

Son illərin uğurlu televiziya tamaşalaına görə

4 Cahangir Zeynallı- reyissor, əməkdar incəsənət xadimi

C. Cabbarlıya həsr olunmuş “Solmaz bir bahar kimi” bədii- sənədli filminə görə

5.Ramiz Novruzov- aktyor,resp. xalq artisti

Azərbaycan teatrında yaratdığı obrazlar silsiləsinə görə

6.Hicran Nəsirova- resp. əməkdar artisti

Azərbaycan teatrında yaratdığı maraqlı qadın obrazlarına görə

7. Ağaxan Salmanlı- resp. xalq artisti

Azərbaycan teatrında yaratdığı maraqlı obrazlara görə

8. Əjdər Həmidov- resp. əməkdar artisti

Azərbaycan kinosunda yaratdığı maraqlı obrazlara görə

9.Əlibala Nurzadə- resp. əməkdar artisti

Azərbaycan teatrında yaratdığı maraqlı obrazlara görə

10. Nadir Hüseynov- aktyor, resp. əməkdar artisti

Azərbaycan incəsənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə

11. Firudin Qurbansoy- filologiya üzrə fəlsəfə doktoru

Cəfər Cabbarlı ilə bağlı apardığı tədqiqatlara və maraqlı televiziya ssenarilərinə görə

12.Zülfiyyə İsmayılova- sənətşünaslıq üzrə fəlsəfə doktoru

Azərbaycan incəsənətinin və Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə

13.Sənan Surət oğlu Talıbov -Xızı şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri

Milli-mənəvi dəyərlərin qorunması və təbliğindəki xidmətlərinə görə

Gecədə Nizami rayonu Uşaq və Gənclər Mədəniyyət Mərkəzi “Dram dərnəyi”nin gənc istedadları:

Fexri fərmanları C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı təqdim etdi.

238 № li məktəbin XI sinif şagirdi Rufanə Allahverdiyeva

227 № li məktəbin VII sinif şagirdi Ülkər Abbaslı

250 № li məktəbin IX sinif şagirdi Esmira Meyyubova

191 № li məktəbin XI sinif şagirdi Aysel Səlimli

70 № li məktəbin VIII sinif şagirdi Nigar Camalova

250 № li məktəbin IX sinif şagirdi Samir Velimetov

214 № li məktəbin VIII sinif şagirdi İmran Məhərrəmov

328 № li məktəbin IX sinif şagirdi Valeh Həsənov
.
238 № li məktəbinV sinif şagirdi Zeynalabdin Bağırzadə

5№ li məktəbin IX sinif şagirdi Nadir Namazov

Azərbaycan ədəbiyyatının görkəmli klassiklərinin yaradıcılığına həsr olunan tədbirlərdə fəal iştiraklarına görə

“Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin “Fəxri Fərman”ları ilə təltif olundular. Dərnəyin bədii rəhbəri Xanım İsmayılovadır.

Dərnəyin üzvlərinin ifasında dramaturqun satiraları əsasında hazırlanmış ədəbi-bədii kompozisiya səsləndi, aktyorlar C.Cabbarlının “Almaz”, “Aydın”, S.Dağlının “Aydınlığa doğru” tamaşalarından səhnələr təqdim etdilər. Gecədə resp. xalq artisti Mələkxanım Əyyubova, müğənni Rəşad İlyasov yazıçının bəstələdiyi mahnıları, resp. xalq artisti İlham Əsgərov ədibin “Məhkum Şərqə” şeirini ifa etdilər
.
Cəfər Cabbarlının Ev Muzeyi, “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhslin inkişafına yardım ictimai birliyi” 2013-cü ilin “Cəfər Cabbarlı Mükafatı” laureatlarını təbrik edir, onlara gələcək yaradıcı işlərində uğurlar arzu edir.

Cəfər Cabbarlının Ev Muzeyi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə, şəxsən idarənin rəisi cənab Əlikram Əliyevə “Cəfər Cabbarlı Mükafatı” təqdimatının keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə təşəkkürürünü bildirir.



“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)

“CƏFƏR  CABBARLI  MÜKAFATI” təqdim olundu (Fotosessiya)