Cəfər Cabbarlının

ev muzeyi

1979-cu ildə fəaliyyətə başlayıb.Muzeyin rəsmi açılışı 1982-ci il martın 22-də həyata keçirilib.

Fondu və kolleksiyaları barədə (ümumi məlumat) – Yazıçının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmaları, yazıçının sağlığında istifadə etdiyi özünə və ailəsinə aid şəxsi əşyalar, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, maraqlı rəsm əsərləri, görkəmli şəxsiyyətlərin dramaturqa bağışladıqları hədiyyələr, C.Cabbarlı ədəbi irsini tədqiq edən maraqlı elmi əsərlər, mətbuat nümunələri

Eksponatların sayı -  Hal-hazırda muzeyin fondunda 10 000-dən yuxarı eksponat qorunur.

Muzeyin ekspozisiyası hal-hazırda müvəqqəti olaraq (təmirlə bağlı) nümayiş olunmur.

Muzeyin işlədiyi bəzi layihələr: C.Cabbarlının əsərlərindən ibarət və dramaturqun yaradıcılığı haqqında kitabların tərtibi və nəşri, “Cəfər Cabbarlı Mükafatı”nın təsisi və təqdimatları, C.Cabbarlının mahnı və şeirlərindən ibarət musiqi albomunun çıxarılması, bir neçə musiqi kliplərinin çəkilişləri

 

 

Struktur
Bizimlə Əlaqə

Telefon: (+99 412) 538-77-38

Telefon: (+99 412) 538-43-50

Email:cabbarli@ev-muzeyi.az

Copyright -2017 "Bakı şəhər mədəniyyət və turizm baş idarəsi" Designed by A.Pashayev